"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.
Teleqraf.com xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar Hüseynzadə doğma yurduna ziyarətə gedibmiş.
Alaçıq quraraq, gecəni kənddə keçirən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.
Z. Hüseynzadənin 52 yaşı vardı.
Allah rəhmət eləsin!