Sabirabad rayon sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayon mərkəzindəki “Şamaxı” adlanan məsciddə baş verib.
Belə ki, Sabirabad şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədova Adilə Yosət qızı məscidin pəncərəsini təmizləyərkən hündürlükdən yıxılıb. Hadisə zamanı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
A.Məmmədova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.