28 İyun 2023 13:49
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Masallıda evdən 9 000 manatlıq oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 27-də gecə saatlarında baş verib.

R.Qasımovanın yaşadığı rayonun Köhnə Alvadı kəndindəki evdən 4 000 manat pul və 5 000 manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər