Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 20:00-a olan məlumatına əsasən Gəncə, Ağstafa, İsmayıllı, Ağsu, Goranboy, Tərtər, Şamaxı, Yevlax, Mingəçevir, Bərdə, Tovuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İyunun 30-da yağan leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, saat 19:10 radələrində isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan qısamüddətli sel keçmişdir.
Saat 15:31 radələrində İsmayıllı rayonunda diametri 3 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Tovuzda 30 m/s, Naftalan, Goranboy, Gəncədə 24 m/s, Şəmkir, Yevlax, Ağstafada 20 m/s, Şəmkir, Ceyrançöldə 18 m/s-dək güclənib.