4 İyul 2023 18:26
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Rayonun Karrar kənd bələdiyyəsinin sədri Cəfərov Sahib rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Cəfərov Sahib ürəktutmasından dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər