5 İyul 2023 14:57
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Lerik rayon prokurorluğundan bildirilib.

Lerik rayonunun Bülüdül kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru Rasim Şahbazovun uzun müddətdir istismara yararsız vəziyyətdə olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər