Bakıda kişi dənizdə batıb.
Teleqraf.com xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən Şıxov çimərliyində baş verib.
31 yaşlı Hüseynov Röyal Rəcəb oğlu dənizdə çimərkən boğulub. Onun meyitini xilasedicilər çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırılma aparılır.