8 İyul 2023 21:17
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ətraf ərazilər, o cümlədən meşə, yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi və yaşayış sahələri yanğından mühafizə olunub, həmçinin yanğının Altıağac Milli Parkına keçməsinin qarşısı alınıb.

***

Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları iştirak edib.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 18:15-də məhdudlaşdırılıb.

Bu barədə Teleqraf.com-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.

Bu barədə Teleqraf.com-a FHN-dən bildirilib.

Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

17:20

Xızıda dağlıq-meşəlik ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, xüsusilə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır", - məlumatda qeyd edilib.

***

Xızı rayonunun Tıxlı kəndində bələdiyyə ərazisində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, güclü külək səbəbindən yanğın meşə sahəsinə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxirəsalınmaz tədbirlər həyata keçirir.


Müəllif: Teleqraf.com