10 İyul 2023 13:43
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşan sürücü inzibati həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Şəki şəhər rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan, avtoxuliqanlıq edən və bu kimi əmKİəllərini sosial şəbəkədə paylaşan sürücünü saxlayıblar.

Rayon sakini Elbrus Bilalov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib vəictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin də qərar ilə E.Bilalovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.

Şəki şəhər rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə son 2 ay ərzində keçirilən nəzarət tədbirləri zamanı isə 3 avtoxuliqanlıq, 31 sərxoş vəziyyətdə və 70 sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Müəllif: Hacı Zeynalov