Nəsimi rayonunda ümumi sahəsi 100 m² olan kafe yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, kafe kimi fəaliyyət göstərən tikilinin 1 otağının yanar konstruksiyaları, içərisində olan əşyalar 6 m² sahədə, digər otağının lambirdən ibarət tavanı və şüşə-pambıq üzlüyü 3 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.