25 İyul 2023 10:51
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayon polis şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.


Müəllif: Hacı Zeynalov