26 İyul 2023 12:36
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda axtarışda olan şəxsin saxılılması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir k, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də Kürdəxanı qəsəbəsindəki evlərin birindən 1100 manat pul, 3000 manat dəyərində mobil telefon, noutbuk, qızıl üzük və qol saatı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rüstəm Əzizov saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci və 326-cı maddələri ilə axtarışda olması müəyyən olunub.

Sabunçu rayon Polis İdarəsinin 15-ci polis völməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Məhəmmədi qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 10.000 manat oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qala qəsəbəsindəki bir evdən 3150 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları, digər evin həyətindən isə 1500 manat dəyərində avtomobil ehtiyat hissələri və rezin boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq tutulub.

İyulun 24-də saat 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki bazarda yerləşən mağazaların birindən 3500 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Eyvaz Bağırov Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 10-cu Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun həmin gün bazarda yerləşən digər bir mağazadan 500 manat dəyərində təzyiq aparatı və su nasosu oğurlaması da müəyyən olunub.


Müəllif: Hacı Zeynalov