27 İyul 2023 17:18
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə iyulun 22-də Bakı şəhər sakini B.Elyasovun “İphone” markalı mobil telefonunun soyğunçuluq yolu ilə naməlum şəxs tərəfindən talanması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Hüseynov müəyyən olunaraq saxlanılıb.

Axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov