4 Avqust 2023 10:10
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 2-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 36-cı polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini Niyazi Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı