Bakının Binəqədi rayonunda baş vermiş yanğınla bağlı Binəqədi şosesi -“Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Teleqraf.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Belə ki, bir qədər əvvəl yanğın hadisəsi səbəbindən Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.
Sürücülər alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməklə hərəkət edirdilər.
***
12:08
Binəqədi rayonunda açıq ərazidə yanğın hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə “Baksol yolu” istiqamətində quru ot və kol-kos yanıb.
Yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməyi tövsiyə edib.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilib, operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.