Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil hadisə Heydər Əliyev prospektində TIR-l toqquşub. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Sosial mediada yayılan məlumatlara görə, əmisi oğlu Ruslan hadisə yerində keçinib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Qəza ilə bağlı TƏBİB məlumat yayıb.
Məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər 1 ölüm qeydə alınıb.