16 Avqust 2023 09:20
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində batan şəxsin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 15-də Xəzər dənizinin Astara rayonunun Şahağacı kəndinə aid hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1997-ci il təvəllüdlü Hüseynağa Səmədov dostu ilə dənizdə çimərkən boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avqustun 16-da aşkarlanaraq sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər