30 Avqust 2023 10:42
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyevin topuq nahiyəsindən xəsarət alması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Qobustan rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb.

Ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov