4 Sentyabr 2023 01:48
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda 3 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 18 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, - Mərkəz diqqətə çatdırıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub.

Xatırladaq ki, ötən gün axşam saatlarında Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər