6 Sentyabr 2023 15:55
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Cəlilabad rayon prokurorluğundan bildirilib.

Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru vəzifəsində işləmiş Camal Bəşirovun 2017-2022-ci illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 33 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cəlilabad rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər