Qarabağ Azadlıq Təşkilat: “Azərbaycanlılar ötən əsrdə soyqırıma məruz qalan ilk xalq kimi tanınmalıdır”
Qarabağ Azadlıq Təşkilatı XX əsrin ilk soyqırımı, 1905-ci ildə azərbaycanlılara qarşı erməni terror təşkilatları və silahlı dəstələri tərəfindən törədilən soyqırımın 110 illiyi ilə bağlı beynəlxalq təşkilatlara, dövlətlərə, Azərbaycan hakimiyyəti və cəmiyyətinə müraciət ünvanlayıb. QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan müraciətdə deyilir: “Azərbaycan xalqı tarixi boyunca ayrı-ayrı dövlətlər, imperiyalar, ordular tərəfindən dəfələrlə işğala, təcavüzə məruz qalıb. Son 200 ildə isə biz özünün gücü olmayan, başqalarının əlində alətə çevrilən murdar və eybəcər bir toplumun – ermənilərin və onlar üçün süni şəkildə Azərbaycan torpaqlarında yaradılan yaramaz bir dövlətin – Ermənistanın təzyiq, təhdid, böhtan, işğal, terror siyasəti ilə üz-üzə qalmışıq. Bu qırmızı-göy-narıncı bəla (bayraqlarının rəngi) Azərbaycanın bütün işlərinə mane olur, əl-ayağımızdan ağır daş kimi asılıb qalır. Bunlar bəşəriyyətin də bədənində sağalmaz bir yardır. Bu toplum bizə qarşı çox cinayətlər törədib, torpaqlarımızı işğal edib, bu gün də işğal altında saxlayır”.
Daha sonra deyilir: “Düz 110 il əvvəl, 1905-ci ilin fevral ayında Azərbaycanın Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Zəngəzur və digər bölgələrində erməni silahlı dəstələrinin, terror təşkilatlarının azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar XX əsrin ilk soyqırım cinayəti idi. XX əsrdə məhz azərbaycanlılar ilk olaraq soyqırıma məruz qaldılar. Azərbaycanlılar 200 il əvvəl, 1805-1830-cu illərdə vətəni, yurdu olmayan ermənilərə qucaq açdı, ən yaxşı yerlərində yerləşdirdi. Ermənilər 100 il ərzində özlərinə yer etdikdən sonra öz nanəcibliyini etdilər, 1905-ci ildə azərbaycanlılara qarşı ilk soyqırımı törətdilər.
Həmin vaxt erməni terror təşkilatları və silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım siyasətini Rusiya imperiyasının dəstəyi ilə həyata keçirdi. Rusiya həmin ərazilərdə azərbaycanlıların, müsəlmanların sayının azalmasında, ermənilər isə həmin ərazilərə köçüb məskunlaşmasında, saylarını artırmaqda maraqlı idi. Erməni dəstələri 1905-ci il fevralın 2-də Bakıda azərbaycanlıları qırmağa başladılar. Tezliklə qırğınlar kütləvi xarakter alaraq Bakı ilə yanaşı, Qarabağ, Gəncə, Naxçıvan, İrəvan, Zəngəzur və digər əraziləri əhatə etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, 200-dən artıq yaşayış məntəqəsi dağıdıldı, yandırıldı. Ermənilər 100-ə qədər kəndi ələ keçirərək məskunlaşdılar, bir çox yaşayış məntəqələrindən azərbaycanlılar ya tamamilə çıxarıldılar, ya da sayları kəskin şəkildə azaldı. Bu, əsl soyqırım idi. Azərbaycanlıları yalnız azərbaycanlı, müsəlman olduqlarına görə məhv edirdilər”.
QAT bildirib ki, dünya birliyi, beynəlxalq təşkilatlar 110 il əvvəl baş vermiş bu dəhşətli hadisələrə qiymət verməli, azərbaycanlıları XX əsrdə soyqırıma məruz qalan ilk xalq kimi tanımalıdır: “Ermənilər isə XX əsrdə soyqırım törətmiş ilk xalq kimi tanınmalı, onların hərəkətlərinə adekvat qiymət verilməlidir. Ermənilərin maskası çıxarılmalı, onların yalançı “soyqırım” təbliğatına, kampaniyasına son qoyulmalı, dünya onların həqiqi sifətini tanımalı, dəhşətli cinayətləri haqqında həqiqəti bilməlidir.
Azərbaycan hakimiyyəti, ictimai-siyasi qurumları, diaspor təşkilatları, tədqiqatçılar geniş miqyasda fəaliyyət göstərməli, ermənilərin azərbaycanlılara qarşı 110 il əvvəl törətdikləri soyqırım haqqında məlumatların dünyaya çatdırılması, ermənilərin dünyada ifşa olunması üçün bütün vasitələrdən istifadə etməlidir. Biz susduqca, ermənilər daha da həyasızlaşır, yalanlarını dünyaya qəbul etdirməyə çalışır və çox vaxt istəklərinə nail olurlar. Biz erməni yalanlarını ifşa etməli, həqiqəti dünyaya çatdırmalıyıq. Dünya həqiqəti bilməli, qərarını verməlidir”.
Səxavət