Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan obyektin (çayxana kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd soyuducu və elektrik sayğacı yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib və sanitar qovşağının 1 ədəd plastikdən ibarət qapısı qarsalanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.