Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş vermiş yanğın nəticəsində 56 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, yanğın gecə saatlarında təxminən 150 nəfərin yaşadığı 9 mərtəbəli binada baş verib. Ölənlər arasında uşaqların olduğu bildirilib.
Xəstəxanaya yerləşdirilən bəzi yaralıların yanğından qaçmaq məqsədilə binadan atıldığı və çoxsaylı bədən xəsarətləri aldığı qeyd edilib.
Polis yanğın təhlükəsizliyini pozmaq ittihamı ilə binanın sahibini saxlayıb