15 Yanvar 2015 15:41
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Toplantısı keçirilir.

Teleqraf.com “Anadolu” agentliyinin istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iclasa qatılıb.

İclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, prezident İlham Əliyev türkiyəli həmkarının dəvəti ilə dünən Ankaraya rəsmi səfər edib.

Samir


Müəllif:

Oxşar xəbərlər