Bakının Sabunçu rayonunda arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Zöhrab Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin mayın 10-də saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Sevinc Quliyevanın həyat yoldaşı 1977-ci il təvəllüdlü Zöhrab Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib.
Hadisə qısqanclıq zəminində baş verib.