19 Noyabr 2023 09:44
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Xanagah kənd sakini Rəcəb Quliyev olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər