19 Noyabr 2023 18:07
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda ətraf mühitin çirkləndirilməsinə görə növbəti bələdiyyə sədri məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Xaçmaz rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Qobuqırağı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər