Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 4-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 36 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
Bundan başqa, dekabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 ədəd avtomat, 2 ədəd tapança, 11 ədəd qumbara, 11 qumbara alışdırıcısı, 11 patron darağı, 379 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.