Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndi ərazisində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.
Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 9 ədəd 7.62 mm-lik patron və bir ədəd 16 kalibirli, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.