Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.