18 Dekabr 2023 10:37
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 17-də saat 15 radələrində Binəqədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 2001-ci il təvəllüdlü M.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa, dekabrın 15-də Xətai rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Ə.Əmrahov müəyyən olunaraq saxlanılıb.

Bu işlə bağlı da araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov