Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanıb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, bu barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.