7 Yanvar 10:20
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 5, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Bundan başqa, Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Yanvarın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 qumbara, 1 qumbara alışdırıcısı, 2 patron darağı, 192 ədəd müxtəlif çaplı patron və 12 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Yanvarın 6-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 14 ədəd müxtəlif çaplı patron aşkar edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər