11 Yanvar 09:45
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaq şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılıaraq şöbəyə gətirilib.

Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus daraq aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər