15 Yanvar 11:08
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində üzərində 390 manat dəyərində açar dəsti, çanta, mobil telefon və dəbilqə olan 3200 manat dəyərində mopedin oğurlanması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakinləri Mürsəl Səmədov və Yusif Mirzəyev müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından hesabındakı 620 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nəcəf Məmmədov müəyyən olunub. O, həbs edilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Aydın Hüseynov müəyyən olunaraq saxlanılıb.

Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov müəyyən olunaraq tutulub.


Müəllif: Hacı Zeynalov