Türkmənistan-Türkiyə-Azərbaycan xarici işlər nazirləri yanvarın 29-da Aşqabadda görüşəcək.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, görüşdə ölkələr arasında 2015-2017-ci illərdə görüləcək işlər və əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Həmçinin XİN rəhbərlərinin enerji, nəqliyyat və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə-Azərbaycan-Türkmənistan XİN rəhbərlərinin son görüşü 2014-cü ilin mayın 26-da Bakıda keçirilib.
Samir