Çilidə meşə yanğınları on minlərlə hektar ərazini bürüyüb, alovun yayılmasını hələ də ləngitmək mümkün olmayıb.
Teleqraf.com xəbər verir ki, yanğın hazırda bir milyona yaxın insanın yaşadığı Valparaiso bölgəsini tamamilə cənginə alıb.
Fevralın 4-nə olan məlumata görə, yanğınlar nəticəsində 51 nəfər həlak olub. Ölkədə hazırda fövqəladə vəziyyət rejimi hökm sürür.
Çili Prezidenti Qabriel Boriç xüsusi videomüraciətində ölkədə vəziyyətin çox təhlükəli olduğunu etiraf edib.