5 Fevral 09:05
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Teleqraf.com bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.

"ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər