Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
×××
Xaçmazda 23 yaşlı gənc süni göldə boğulub.
Teleqraf.com xəbər verir ki, Xaçmaz rayonunun Ağaverdi oba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb. F.Əliyevin cəsədi sudan çıxarılaraq Xaçmaz morquna gətirilib.
Hazırda fakt araşdırılır.