22 Fevral 14:48
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Şikar Süleyman oğlu Nəcəfov 4 il əvvəl 1996-ci il təvəllüdlü Nərgiz Şikar qızı Nəcəfovanı qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti axtarılır.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər