11 Mart 10:52
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, martın 9-da Yasamal rayonu ərazisində mənzillərin birindən geyim əşyaları və içərisində 2 ədəd mobil telefon, bank kartı, açar, sənəd olan əl çantasının oğurlanması, həmin bank kartından isə 93 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də dəfələrlə məhkum olunan qadın saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı