19 Mart 10:32
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-də gecə saatlarında rayon ərazisində bir nəfəri kəsici alətlə hədələyərək 100 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İlham Hətəmov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov