19 Mart 16:59
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonundan oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək “VAZ-2107” markalı avtomobilin qaçırıldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliyev Əyyar, Hacızadə Elgiz və Məmmədli Rafiq saxlanılıblar. Saxlanılan şəxslər oğurladıqları avtomobili Ağcabədi rayonuna aparıblar. Onların məqsədi maşını ehtiyat hissələrinə ayırıb satmaq olub. Nəqliyyat vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb.

Faktla bağlı 2-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com