28 Yanvar 2015 17:37
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ellada Məmmədli: “Məni Divana şəxsən dəvət etməyiblər”

“Məni Divana şəxsən dəvət etməyiblər. Sadəcə, Səxavət Soltanlı Facebook-dakı qapalı qrupdakı statusunda bu barədə yazmışdı”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah hərəkatının Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli deyib.

Rəsmi surətdə partiya Divanının iclasına dəvət olunmadığını söyləyən E.Məmmədli toplantıya qatılmağa çalışacağını bildirdi: “Bir qədər vaxt məhdudyyətim var. Onu həll etsəm, mütləq gedəcəyəm”.

O, Divana çağırılmağının səbəbi barədə məlumatsız olduğunu qeyd etdi.

“Səxavət Əlisoy kimi Divana qatılmayacağınız halda Müsavatdan çıxarıla bilərsinizmi” sualına MQB-nin sədri belə cavab verdi: “Mən istər sıravi müsavatçı, istərsə də Qadınlar Birliyinin sədri kimi siyasi fəaliyyətimdə heç vaxt nizamnamədən kənara çıxmamışam. Birlik mütəmadi iclaslar keçirir, tədbirlər hazırlayır və partiyanın bütün tədbirlərində iştirak edir. Əgər partiyadan çıxartmaq niyyətləri varsa, onda sualı onlara verin”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanlığa sabiq namizədi Qubad İbadoğlu da Divanının toplantısına çağırılıb. Dəvətnamə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı tərəfindən imzalanıb.
Fevralın 2-nə nəzərdə tutulan Divanın iclasında Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəaliyyətinin nizamnaməyə uyğun olub-olmadığı müzakirə ediləcək.

Nərgiz


Müəllif: