1 Aprel 08:52
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının son 1 ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Onlardan heroin, marixuana, eləcə də kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkarlanıb. Saxlanılanların bir neçəsi əvvəllər də analoji cinayət törətdikləri üçün məhkum olunublar.

Həyata keçirilən digər tədbir zamanı oğurluq edən rayon sakinləri - əvvəllər məhkum olunmuş İlkin Məmmədov və Anar Osmanov saxlanılıblar. Onların rayon ərazisində xırdabuynuzlu heyvanlar oğurladıqlar məlum olub. A.Osmanov və İ.Məmmədov heyvanları Qəbələ rayonuna apararaq orada satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov