Şamaxıda qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Saday Manafovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və cinayət işi hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeytd edək ki, hadisə ötən ilin dekabrında Şamaxı rayonunda qeydə alınıb.
1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan sonra Saday Manafov intihara cəhd etsə də, polis əməkdaşlarının ayıq davranması ilə intiharın qarşısını alınıb.
Saday Manafova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.