Qazaxıstanda daşqınlar nəticəsində 3400-ə yaxın ev su altında qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi Kaharman Orazalin bildirib.
Onun sözlərinə görə, daşqınlarla əlaqədar on rayonda fövqəladə vəziyyət elan edilib, xilasedicilər ölkənin bəzi ərazilərindən 63 mindən çox insanı təxliyə ediblər.
Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub.
Xatırladaq ki, Qazaxıstanın şimalını əhatə edən daşqınlarla bağlı vəziyyət mürəkkəb olaraq qalır.
Dünən prezident Kasım-Jomart Tokayev Qazaxıstan xalqına müraciət edib. O, hazırkı vəziyyəti öz miqyasına və nəticələrinə görə son 80 ilin ən böyük təbii fəlakəti adlandırıb.