Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərdən biri ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
Teleqraf.com Report.az -a istinadən xəbər verir ki, yaralananlardan ikisi Daxili İşlər Nazirliyinin, biri isə "Battleground" atıcılıq mərkəzinin əməkdaşlarıdır.
İstintaq “Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə aparılır. Cəza 6 ildən 10 ilə qədər həbsdir.
Qeyd edək ki, partlayışın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
***
16:00
Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, zərərçəkən 4 nəfərdən biri klinikada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində üç nəfər ölüb, daha üçü isə yaralanıb.
***
13:43
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb
Partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.