7 Aprel 16:47
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-şərqində 4,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com bu barədə İran mətbuatı Seysmologiya Mərkəzə istinadən məlumat verib.

Məlumata əsasən, zəlzələnin episentri Kirman vilayətinin eyniadlı Şəhdad rayonunun 24 kilometrliyində qeydə alınıb. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib.

Agentlik bildirib ki, ostanın mərkəzi Kirman şəhərinin əhalisi də yeraltı təkanları hiss edib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com