8 Aprel 10:21
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 7000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən Rüfət Əhmədov müəyyən olunaraq saxlanılıb.


Müəllif: Hacı Zeynalov